Almaniyanın “Volfsburq” klubunda məşqçi istefası reallaşıb.
Fanat.Az xəbər verir ki, Bundesliqa təmsilçisi baş məşqçi Daniel Bauer ilə yollarını ayırıb.
Məlumatı klubun mətbuat xidməti yayıb.
43 yaşlı mütəxəssis 2025-ci ilin noyabr ayından bəri komandaya rəhbərlik edirdi. Onunla müqavilənin müddəti 2027-ci ilin yayına qədər idi.
“Yaşıllar”ın 25 oyundan sonra cəmi 20 xalı var və Bundesliqanın turnir cədvəlində sonuncudan ikinci yerdədir. Komandanın növbəti çempionat oyunu səfərdə "Hoffenhaym" ilə olacaq. Matç 14 mart şənbə günü keçiriləcək.