AZ

Putinin VİDEOsundakı səhv gündəm oldu

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya prezidenti Vladimir Putinin "Beynəlxalq Qadınlar Günü" münasibətilə hazırlanan videomüraciəti ilə bağlı maraqlı hadisə baş verib.

Milli.Az xəbər verir ki, Kreml səhvən dövlət başçısının çıxışının redaktə olunmamış versiyasını ictimaiyyətə təqdim edib. Əslində isə əvvəlcədən hazırlanmış və montaj edilmiş yekun variantın paylaşılması planlaşdırılırdı.

Sosial şəbəkələrdə yayılan görüntülərdə Putinin müraciəti yazarkən bir müddət öskürdüyü və çəkilişin dayandırılmasını istədiyi anlar əks olunub. Kadrlarda onun təxminən yarım dəqiqə fasilə verdiyi, daha sonra isə səs yazısının yenidən başlanmasını xahiş etdiyi görünür.

Məlumata görə, Kremlin media komandası çıxışın montaj edilmiş versiyasını yaymalı idi. Lakin texniki səhv səbəbindən xam görüntülər də paylaşılan materialın içində yer alıb.

Hadisə qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub.

Hüseyn

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
1
news.milli.az

2Mənbələr