AZ

"Brent" neftin qiyməti 118 dolları ötüb - YENİLƏNİB

Londonun ICE birjasında 2026-cı ilin may ayı üçün "Brent" markalı neftin bir barelinin qiyməti 29 iyun 2022-ci ildən bəri ilk dəfə 115 dolları keçib.

"Far.Az"un məlumatına görə, bunu ticarət məlumatları göstərir.

Bakı vaxtı ilə saat 8:12-yə olan məlumata görə, neftin qiyməti 23,21 % artımla 115,33 dollara çatıb.

Saat 8:16-ya olan məlumata görə, qiymət artımı sürətlənib və 17 iyun 2022-ci ildən bəri ilk dəfə bir barel üçün 117 dolları keçərək 117,16 dollara (artım 26,4 %) yüksəlib.

Saat 8:20-yə olan məlumata görə, neftin bir bareli 118,73 dollardan (artım 28,09 %) satılırdı.

Bakı vaxtı ilə saat 08:25-ə olan məlumata görə, qiymət artımı yavaşlayıb və bir barel üçün 116,36 dollar (+25,54%) olub.

Londonun ICE birjasında 2026-cı ilin may ayı üçün "Brent" markalı neftin bir barelinin qiyməti 30 avqust 2022-ci ildən bəri ilk dəfə 102 dolları keçib.

"Far.Az"un məlumatına görə, bunu ticarət məlumatları göstərir.

Bakı vaxtı ilə saat 02:00-a olan məlumata görə, neftin bir barelinin qiyməti 9,46 % artaraq 102,15 dollara çatıb.

Bakı vaxtı ilə saat 02:07-yə olan məlumata görə, qiymət artımı sürətlənib və barel üçün 102,66 dollara (10 % artım) çatıb.

Seçilən
111
4
far.az

5Mənbələr