AZ

Çexiya futbolunda qeyri-adi hadisə: Tomaş Koubekin vurduğu top eyvana düşüb - VİDEO

Çexiya çempionatında futbol sahələrində nadir rast gəlinən maraqlı və gülməli hadisə baş verib. Çexiya Birinci Liqası çərçivəsində keçirilən “Bohemians 1905” - “Slovan Libereç” qarşılaşmasında qonaqların qapıçısı Tomaş Koubekin meydandan uzaqlaşdırmaq istədiyi top gözlənilməz ünvana yollanıb.

İdman.Biz xəbər verir ki, hadisə Praqadakı məşhur “Dolicek” stadionunda qeydə alınıb. Təcrübəli qolkiperin güclü zərbə ilə irəli vurduğu top hədəfdən yayınaraq yaşayış binalarının birbaşa meydançaya çox yaxın məsafədə yerləşdiyi tribunaların arxasındakı binaya tərəf uçub. Sürətlə hərəkət edən top mənzillərdən birinin eyvanına düşüb.

Praqa təmsilçisi “Bohemians 1905”-in ev oyunlarını keçirdiyi bu stadion özünəməxsus memarlığı ilə tanınır və binaların eyvanları bəzən azarkeşlər üçün “vip-loja” rolunu oynayır. Koubekin bu qeyri-adi “zərbəsi” həm azarkeşlərin, həm də futbolçuların təəccübünə səbəb olub. Sosial şəbəkələrdə sürətlə yayılan həmin görüntülər qısa müddətdə böyük maraq doğuraraq Çexiya çempionatının ən yaddaqalan anlarından birinə çevrilib.

İdman.Biz
Seçilən
89
1
idman.biz

2Mənbələr