Mərakeşin həvəskar futbol liqasında futbol tarixinə keçəcək maraqlı və bir o qədər də qeyri-adi hadisə yaşanıb. Texnoloji imkanların məhdud olduğu aşağı dəstə oyununda hakim mübahisəli bir epizodu həll etmək üçün “yaradıcı” üsula əl atıb.
İdman.Biz xəbər verir ki, qarşılaşma zamanı ofsaydı müəyyənləşdirmək üçün matçın baş hakimi meydanın kənarına yaxınlaşıb və üzərində VAR sözləri yazılmış stoldakı ekrana baxaraq qərar verib, ofsayd olduğunu söyləyib.
Ehtimal ki, bu, sadəcə oyunun gedişini qeydə alan hansısa kamera görüntüsüdür.
Bu "küçə VAR-ı"nın köməyi ilə verilən qərar sosial şəbəkələrdə sürətlə yayılaraq böyük maraq doğurub.