AZ

Hasan Canın qıza dediyi sözlər bir şəhəri ayağa qaldırdı FOTO

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Tanınmış komediya ustası Hasan Can Kayanın verilişindəki çıxışı qalmaqala səbəb olub. Verilişə qatılan gənc qızın doğulduğu şəhəri ilə bağlı işlətdiyi ifadələr Batman sakinlərində narazılıq doğurub.Demokrat.az xəbər verir ki, hadisə Bahar adlı izləyicinin Batmanlı olduğunu deməsindən sonra yaşanıb. Hasan Can Kaya gənc qızın xarici görünüşü ilə doğulduğu şəhər arasında müqayisə apararaq "Sən necə Batmanlısan? Fırlan görsünlər. Dostlar, Batmanlıdır, amma həddindən artıq qərbli görünür" ifadələrini işlədib.Komediyaçının bu sözləri sosial mediada, xüsusilə Batman şəhərinə məxsus qruplarda sərt tənqid edilib. İnsanlar bu yanaşmanı ayrı-seçkilik və şəhər sakinlərinə qarşı təhqir kimi qiymətləndiriblər. Paylaşımlarda sənətçinin müasir görünüşü yalnız müəyyən bölgələrə aid etməsinin qəbulolunmazlığı vurğulanıb.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
114
demokrat.az

1Mənbələr