AZ

Bakıda idman gimnastikası üzrə Dünya Kuboku başa çatdı

Bakıda idman gimnastikası üzrə Dünya Kuboku başa çatıb.

Sportinfo.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən və 4 gün davam edən turnirdə 30-dan çox ölkədən idmançılar qüvvələrini sınayıblar.

Yarışda Azərbaycanı kişilərin mübarizəsində Nikita Simonov, Aydın Əlizadə və Rəsul Əhmədzadə, qadınlar arasında isə Dəniz Əliyeva və Nazənin Teymurova təmsil ediblər.

Turnirin ilk iki günü təsnifat mərhələsi, son iki günü isə final çıxışları ilə yadda qalıb. Təsnifat mərhələsinin yekunlarına əsasən Nikita Simonov, Dəniz Əliyeva və Aydın Əlizadə finala yüksəlməyi bacarıblar.

Final mərhələsində isə Azərbaycan gimnastları medal qazana bilməyiblər. Nikita Simonov yarışları 4-cü, Dəniz Əliyeva 6-cı, Aydın Əlizadə isə 8-ci pillədə başa vurub.

Seçilən
42
1
sportinfo.az

2Mənbələr