AZ

Britaniyanın 2 günlük, Avropanın isə bir neçə həftəlik ehtiyatı qaldı... Trampın İran savaşının nəticəsi...

Moderator.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yaxın Şərqdəki münaqişə dünyanın ən böyük qaz obyektinin və əsas gəmiçilik kanalının bağlanmasına səbəb olub və bu da Böyük Britaniyada qıtlıq təhlükəsi yaradıb.

Böyük Britaniyanın cəmi iki günlük, Avropanın isə bir neçə həftəlik qaz ehtiyatı var. 

Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, bu barədə 8 martda "Daily Mail" qəzeti məlumat yayıb.

"National Gas" şirkəti Böyük Britaniyanın anbarlarında 6700 GVt/saat (geqavatt-saat) qazın qaldığını göstərən yeni məlumatlar dərc edib. Bu miqdar yalnız 1,5 günlük istehlak üçün kifayətdir. Mayeləşdirilmiş təbii qaz ehtiyatları da eyni dərəcədədir. Qəzet qeyd edir ki, 2025-ci il rəqəmləri ilə müqayisə edilsə, o zaman bu rəqəm 18.000 GVt/saat olub.

Lakin Avropa ölkələri potensial qaz təchizatı problemləri üçün daha yaxşı hazırlıqlıdırlar: mövcud ehtiyatları təxminən bir neçə həftə kifayət edəcək.

S.Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
134
1
moderator.az

2Mənbələr