İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın mənbələr Qüds qüvvələrinin komandanı general Esmail Qaani haqda yayılan xəbərlərə aydınlıq gətirib.
Redaktor.az xəbər verir ki, SEPAH mənbələri “X” platformasında yazıb ki, generalın İsrailə qaçdığı barədə məlumatlar şayiədir. Bu məlumatların İsrailin “dezinformasiya maşını”nın məhsulu olduğu bildirilib.
“Həmişəki kimi, general Esmail Qaani haqqında yayılan şayiələr əsassızdır. İsrail onu ictimaiyyət qarşısına çıxmağa məcbur etməklə daha sonra onu öldürmək istəyir və buna görə onun haqqında geniş təbliğat aparılır”.
Xatırladaq ki, bundan əvvəl generalın İsrailə qaçdığı idda olunmuşdu.
İddiaya görə, Qaani HƏMAS lideri İsmayıl Haniyənin, “Hizbullah” lideri Həsən Nəsrullahın, eləcə də Xameneinin və İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli generallarının sui-qəsdində əsas rol oynayıb.
***
SEPAH-ın Qüds qüvvələrinin komandanı İsmayıl Qaani İsraildə təhlükəsiz yerdədir.
Redaktor.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
İddiaya görə, Qaani HƏMAS lideri İsmayıl Haniyənin, Hizbullah lideri Həsən Nəsrullahın, eləcə də Xameneinin və İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli generallarının sui-qəsdində əsas rol oynayıb.
Qeyd edək ki, Birləşmiş Ərəb Ərəb Əmirliklərinə məxsus "Nasional" (The National) portalı SEPAH-ın İsmayıl Qaanini edam etdiyi ilə bağlı məlumat yaymışdı.