AZ

Səudiyyə Ərəbistanında binaya mərmi düşdü Ölənlər və yaralananlar var

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Səudiyyə Ərəbistanında yaşayış binasına mərmi düşməsi nəticəsində azı 2 nəfər həlak olub, 12 nəfər yaralanıb. Hadisə ölkənin Əl-Xarc bölgəsində qeydə alınıb.Demokrat.az xarici mətbuata istinadla xəbər verir ki, mərmi işçilərin yaşadığı yaşayış kompleksinə düşüb. Həlak olan şəxslərin xarici vətəndaşlar olduğu bildirilir. Yaralananlar xəstəxanalara yerləşdirilib, onların bəzisinin vəziyyəti orta ağır qiymətləndirilir.Hadisənin regionda son günlər artan hərbi gərginlik fonunda baş verdiyi qeyd olunur. Yerli hakimiyyət orqanları mərminin hansı istiqamətdən atıldığını araşdırır.Məlumata görə zərbə nəticəsində binaya ciddi ziyan dəyib, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisə yerində xilasedicilər və təhlükəsizlik qüvvələri fəaliyyətini davam etdirir.Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
70
demokrat.az

1Mənbələr