AZ

Naxçıvana hücum İrana baha başa gələ bilər - ​

“Son bir həftə ərzində İran öz qonşularına, ilk növbədə Əmirliklərə qarşı kütləvi zərbələr endirib. İran nə amerikalılara, onların hərbi bazalarına, nə də İsrailə qarşı hər hansı ciddi zərər vura bilməyib. O, öz hərbi qabiliyyətini qonşularının nümunəsində göstərməyə çalışır, bu da onda o qədər də yaxşı alınmır”.Bu fikirləri Metbuat.az-a açıqlamasında israilli politoloq Aviqdor Eskin deyib. İranın Naxçıvana hücumunu şərh edən analitik, İranın cənubi azərbaycanlıları nəzərə almadan bu kimi axmaq addım atmasının, onlara baha başa gələcəyini deyib:“İndi isə növbə Azərbaycana çatıb və bu, Azərbaycanın suverenliyinin kobud şəkildə pozulmasıdır. Mən başa düşürəm ki, Bakıda bir çoxları bunu birbaşa terror aktı və ya hətta müharibə aktı kimi qəbul edir. Azərbaycanın rəhbərliyinin zəruri hesab edəcəyi hərbi cavabdan başqa, Azərbaycan daha nə edə bilər? Azərbaycanın İran ərazisində 20-25 milyon azərbaycanlı şəklində nəhəng gücü var. İrandakı azərbaycanlılar İranın onların Naxçıvandakı doğmalarına və yaxınlarına zərbə endirdiyini gördükdə, bu, əlbəttə ki, İranın özü üçün partlayış təhlükəli bir hadisəyə çevrilə bilər. Onlar buna görə hələ çox peşman ola bilərlər. Ona görə də Azərbaycanın reaksiyası ağıllı, ölçülü-biçili olacaq və mən düşünürəm ki, o, İran daxilindəki Azərbaycan faktorunu nəzərə alacaq, hansı ki, bu, çox vacibdir və tövsiyə olunandır”.Eskin əlavə edib ki, İran hər zaman Azərbaycan dövlət idarəçiliyinə qısqanclıqla yanaşıb:“İran rejiminə gəldikdə isə, onların yanında Azərbaycan var və bu, onlar üçün həsəd obyektidir. Onlar Azərbaycanın necə inkişaf etdiyinə baxırlar və paxıllıq etməyə bilmirlər. Ona görə də Azərbaycanı boğmaq istəyi onlarda çoxdan var idi. Amma indi onlar müharibəni uduzurlar və İrandakı rejim uzunömürlü deyil. Orada hər gün özünü daha aktiv göstərən bütün o daxili faktorları nəzərə alsaq, o, uzun müddət mövcud ola bilməz. Azərbaycan daha bir dəfə maarifçi müsəlman dövləti nümunəsidir. İran isə İslamın hələ orta əsrlərdə malik olduğu bütün o hikmətli əsaslarının təhrif olunması nümunəsidir”. Analitik əlavə edib ki, onlar yalnız öz dinc əhalisini güllələməklə qalib gəlməyə qadirdirlər. “Döyüş meydanında isə onlar uğursuzluğa düçar oldular. Və onların döyüş meydanında öz ləyaqətini göstərə bilməməsi faktı yeni etirazların və rejim dəyişikliyinin obyekti ola bilər. Bu gün ABŞ və İsrail bununla yaxından məşğuldur. Azərbaycana sülh arzulayırıq və düşünürəm ki, Bakıda qəbul ediləcək qərarlar bütün regionun taleyinə təsir edəcək və ilk növbədə Azərbaycanın özünü möhkəmləndirəcək”, - deyə A.Eskin əlavə edib.

Gülçin Aslanlı

Seçilən
82
50
metbuat.az

10Mənbələr