AZ

İsrail Müdafiə Qüvvələri Tehranda SEPAH Kosmik Qüvvələrinin obyektlərini vurub

Tehrana edilən son hücum dalğası zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kosmik Qüvvələrinin qərargahı və 50 sursat anbarı hədəf alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) mətbuat xidməti məlumat yayıb.

Ordunun mətbuat xidmətinin açıqlamasında qeyd olunur: "Tehrana həyata keçirilən zərbə dalğasında SEPAH Kosmik Qüvvələrinin qərargahı və sursat anbarı vurulub. Qərargah İran Kosmik Agentliyi üçün qəbuledici, ötürücü və tədqiqat mərkəzi kimi fəaliyyət göstərib. Obyektdə həmçinin tədqiqat mərkəzləri və 2022-ci ilin avqustunda buraxılan, SEPAH tərəfindən İsrail Dövlətini və onun sakinlərini izləmək üçün istifadə edilən peyk üçün komandanlıq və idarəetmə strukturu yerləşirdi."

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Seçilən
81
3
ikisahil.az

4Mənbələr