AZ

Sosial yardım alan şəxs Ferrari sürərkən tutuldu

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Avtomagistralda sürət həddini aşan "Ferrari" sürücüsünün saxlanılması Fransada uzun müddətdir davam edən nəhəng sosial fırıldaqçılıq şəbəkəsinin işinin üstünü açıb.Demokrat.az xəbər verir ki, hadisə 2025-ci ilin iyun ayında A7 avtomagistralında, Oranj şəhəri yaxınlığında baş verib. Jandarm əməkdaşları saatda 247 km sürətlə hərəkət edən "Ferrari Portofino"nu saxladıqdan sonra araşdırmalar dərinləşib.Qanuni gəliri olmayan bir şəxsin dəyəri 210 min avro olan lüks avtomobildə olması hüquq-mühafizə orqanlarında şübhə yaradıb. İstintaq nəticəsində məlum olub ki, avtomobil əslində tikinti şirkətinə məxsusdur və həmin şirkəti saxlanılan sürücü öz ailə üzvləri ilə birgə idarə edir.Ailənin yaratdığı qondarma şirkət vasitəsilə dövlətdən külli miqdarda sosial yardımlar aldığı üzə çıxıb. Rəsmi gəlirlərini gizlədən və fəaliyyətlərini yalnız nağd pulla quran ailə üzvləri, eyni zamanda işsizlik kimi müxtəlif dövlət güzəştlərindən də yararlanıblar."Ailənin yaşadığı həyat tərzi ilə aldığı dövlət yardımları arasında tam bir uçurum var idi", – deyə Marsel jandarmasının komandiri polkovnik Olivye Blan bildirib.Bu il fevralın 9-da keçirilən genişmiqyaslı əməliyyat nəticəsində ailənin dörd üzvü saxlanılıb. Əməliyyat zamanı 600 min avrodan çox dəyəri olan daşınmaz əmlak, 170 min avro dəyərində lüks əşyalar və bank hesablarındakı vəsaitlər müsadirə edilib. Ümumilikdə 1,8 milyon avro məbləğində ziyan vurduğu iddia edilən ailə üzvləri oktyabr ayında Draqinyan məhkəməsində cavab verəcəklər.Onlar gizli əmək fəaliyyəti, çirkli pulların yuyulması və sosial vəsaitlərdən sui-istifadə etməkdə ittiham olunurlar.İstintaqın gedişatı göstərir ki, hər şey cəmi bir anlıq sürət həvəsinin qurbanı olan lüks avtomobilin saxlanılması ilə başlayıb.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
111
demokrat.az

1Mənbələr