AZ

Roma Papası İran üçün dua etdi

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İran və bütün Orta Şərqdən dərin narahatlıq doğuran xəbərlər gəlir”.

Globalinfo.az xəbər verir ki, bunu Roma Papası XIV Leo Müqəddəs Pyotr meydanında keçirilən “Angelus” duası zamanı deyib.

O, zorakılığın dayandırılmasına çağırış edib və dialoq üçün imkanların yaradılmasını tələb edib:

“Mövcud münaqişə bölgədə qorxu və nifrəti artırır. Qarşıdurma daha da genişlənir,  bu, “əziz Livan” da daxil olmaqla digər ölkələri də öz ağuşuna alır”.

Papa sülhün təmin olunması üçün dua etməyə çağırıb:

“Gəlin, Rəbbimizə dua edək ki, bombaların səsi kəsilsin, silahlar sussun və dialoq üçün mühit yaradılsın”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
91
3
globalinfo.az

5Mənbələr