AZ

Sinenka “İmişli”yə 1 xal qazandırdı - REPORTAJ

Turan Tovuz - İmişli 0:0
41. Sergey Samok – 5,5
3. Enrike Silva – 6,0
5. Roderik Miller – 6,0
32. Hayderson Urtado – 5,5
15. Emmanuel Hakman (k) - 6,0
7. Xorxe Silva – 6,0
23. Alexandro Serrano – 5,5
11. Ayxan Hüseynov - 6,5
(9. Coş Cinnelli, 83) - qiymətsiz
29. Filip Ozobiç - 6,0
(19. Roberto Olabe, 83) - qiymətsiz
17. Rəhim Sadıxov - 5,5
99. İbrahima Vaci – 5,5
(90. Joarlem Batista, 46) - 5,0
Ehtiyat oyunçular
1. Oleq Baklov
13. Mehman Hacıyev
2. Mark Rene Mampassi
88. Faiq Hacıyev
4. Şəhriyar Əliyev
10. Xəyal Nəcəfov
6. Fərid Yusifli
8. David Tavareş
Baş məşqçi: Kurban Berdıyev
Komandanın ən yaxşısı: Ayxan Hüseynov

33. Andrey Sinenka – 6,5
29. Edvin Banquera – 6,0
19. Azər Salahlı (k) - 5,0
14. Ronaldo Rodriges – 6,0
23. Dioqo Rollo – 5,5
94. Rafael Vieqas – 5,5
17. Ezekyel Morqan – 6,0
5. İdris İnqilablı - 5,5
(44. Həzrət İsayev, 90+2) - qiymətsiz
7. Juninyo – 5,5
(79. Dioqo Kardoso, 63) - 5,0
10. Nikola Karaklaiç - 5,5
(21. Abbas Ağazadə, 80) - qiymətsiz
9. Dioqo Almeyda – 5,0
Ehtiyat oyunçular
1. Hüseynəli Quliyev
3. Tuncay Yusifli
30. Xəlil Mürsəlli
20. Nazim Hüseynov
97. Xəzər Mahmudov
Baş məşqçi: Jorj Kaşkilya
Komandanın ən yaxşısı: Andrey Sinenka

Vərəqələr: E.Hakman, 30 (qeyri-idman hərəkəti). N.Karaklaiç, 70 (qeyri-idman hərəkəti). E.Silva, 77 (qeyri-idman hərəkəti). X.Silva, 86 (qeyri-idman hərəkəti). R.Rodriges, 90+3 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: FƏRİD HACIYEV, Namiq Hüseynov, Rəhman İmami, Alik Yunusov (hamısı Bakı).
VAR hakimi: Əli Əliyev (Bakı).
VAR hakiminin köməkçisi: Elvin Bayramov (Bakı).
Hakim-inspektor: Ömər Paşayev (Bakı).
AFFA nümayəndəsi: Anar Şixəliyev (Bakı).
1 mart. Bakı. “Azərsun Arena”. 200 tamaşaçı (4677 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.

Qışdan sonra baxımlı oyun və yaxşı nəticələr ilə yadda qalan “Turan Tovuz” çoxdan qələbə üzü görməyən “İmişli”ni nominal ev sahibi kimi qəbul etdi.

1-ci turdakı görüşdə hər iki komanda qapalı oyuna üstünlük vermiş, “Turan Tovuz” qələbə topunu 90+9-cu dəqiqədə vurmuşdu. Bu oyun da qol vəziyyətləri baxımından kasad oldu. 8-ci dəqiqədə Juninyonun ötürməsindən sonra Vieqas iti bucaq altından zərbə endirdi, top qapının üstündən keçdi. 14-cü dəqiqədə “Turan Tovuz” qola yaxın oldu. Sinenka ilə Azər arasındakı anlaşmazlıqdan istifadə edən Ayxan topu ələ keçirdi, Vaci ilə oynadı. Vacinin zərbəsi isə çox pis alındı.

21-ci dəqiqədə Ayxan Ronaldo ilə hava mübarizəsindən qalib ayrıldı, Vaciyə ötürmə verdi, o isə topu qapıdan keçirdi. Lakin VAR-ın müdaxiləsindən sonra qol qeydə alınmadı - ofsayd olduğu aşkarlandı. “Çərçivə”yə düşə bilməsə də, 31-ci dəqiqədə İdris qapıya uzaqdan uğursuz zərbə endirdi. İlk yarıda başqa heç bir yaddaqalan epizod olmadı. Oyun çox sönük, aşağı templə davam etdi. İkinci yarı da ilk hissənin oxşarı oldu. 52-ci dəqiqədə cərimə zərbəsini yerinə yetirən Ayxan qapı qarşısına asma etdi. Ozobiçin zərbəsi qapı tirinin üstündən keçdi.

Bir dəqiqə sonra tovuzlular qola yaxın oldu. Enrikenin ötürməsindən sonra Batista topu Ozobiçin qarşısına çıxardı. Filipin zərbəsini isə Sinenka iki cəhddə, çətinliklə dəf etməyi bacardı. O, topu qapı xəttinin üzərində saxladı. “Qol-layn” texnologiyası ölkəmizdə olmadığına görə topun xətti keçib-keçmədiyinə əminliklə demək olmur. 68-ci dəqiqədə Batista başla topu qapıdan keçirə bilərdi. Bu dəfə də standart vəziyyətlə təhlükəli gələn Berdıyevin komandası qola yaxın oldu. Batistanın zərbəsindən sonra Sinenka ağlasığmaz seyvlə yadda qaldı. 74-cü dəqiqədə isə Serranonun ötürməsindən sonra Ayxanın zərbəsini belaruslu qapıçı çətinliklə çıxardı.

Oyunun geridə qalan hissəsi bərabər səviyyədə keçdi. “İmişli” 1 xal üçün mübarizə aparmırdı, rəqibini ən irəlidə qarşılayırdı. Hətta futbolçular geri çəkiləndə Kaşkilya onlara əsəbləşərək pressinq etmələrini istəyirdi. 90+4-cü dəqiqədə Miller də başla zərbə endirdi, Sinenka bu topu da çıxararaq oyunun qəhrəmanına çevrildi.

“Turan Tovuz” 3 xal mənbəyi kimi baxdığı “İmişli”ni bu dəfə məğlub edə bilmədi. Aran təmsilçisinin də qələbə həsrəti 10-a çatdı.

Seçilən
138
1
football-plus.az

2Mənbələr