“Volfsburq” baş məşqçisi ilə yollarını ayırıb.


Rekord.az Almaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis Daniel Bauer istefa verib.


O, 2025-ci ilin noyabr ayından bəri komandaya rəhbərlik edirdi.


“Volfsburq” cari Bundesliqa mövsümündə çətinlik çəkir. 25 oyundan sonra komanda 20 xalla Bundesliqanın turnir cədvəlində sonuncu yerdədir.


Komandanın növbəti matçı səfərdə “Hoffenhaym”la olacaq. Oyun 14 martda keçiriləcək.