AZ

İran bölünəcək?

ain.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrailin İranda mülki infrastrukturu və su anbarlarına endirdiyi zərbə ölkədə humanitar böhrana gətirib çıxara bilər. İsrail hesab edir ki, mülki infrastrukturu vurmaqla əhalinin rejimə qarşı etiraz dalğasına gətirib çıxara bilər. Amma, əhali burada rejimi deyil, İsrail və ABŞ tandeminə qarşı etiraz edəcək. Müharibədə mülki infrastrukturu vurmaa və humanitar böhran törətmək cinayətdir. İsrail Qəzza zolağında xalça effekti ilə bütün infrastrukturu sıradan çıxardirdi ki,əhali Qəzza zolağıni tam tərk etsin. Əhali nəinki tərk etmədi, Həmas öz varlığını qoruyub saxlayır. İranda da eyni ssenari tətbiq ediləcəksə, əhali rejimə qarşı çıxmayacaq. Artıq İran Ekspertlər şurası yeni dini lider seçib. Ümumiyyətlə, Ə. Xameneidən sonra dini liderin mövqeyi güclü olmayacaq. ABŞ hücumları SEPAH zəifləməsinə gətirib çıxaracaq. Növbəti mərhələdə islahatçı qanadın mövqeyi möhkəmlənə ABŞ-la danışıqlar baş tuta bilər. Qeyd edim ki, D. Tramp İranın bölünməsini istisna etməyib. Amma, İranın bölünməsinə Türkiyə, Pakistan müqavimət göstərə bilər. Məhəmməd Əsədullazadə, siyasi şərhçi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
95
3
newscenter.az

4Mənbələr