
İsrail hökuməti Təl-Əvivdəki Ben Qurion Hava Limanından uçuşları bərpa edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilir ki, Afina, Sofiya və Budapeştə uçuşlar son bir neçə saat ərzində başlayıb:
“Baxmayaraq ki, Ben Qurion Hava Limanı sərnişinlərə bir çox uçuşun hələ də bərpa olunmadığını nəzərə alaraq səyahət etməzdən əvvəl yoxlamağı məsləhət görür”.