AZ

Aqrar İnkişaf Könüllülərindən “8 Mart” ilə bağlı maraqlı sosial təşəbbüs

Azxeber.com portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Kənd Təsərüfatı Nazirliyi və Aqrar Tədarük və Təchizat ASC-nin dəstəyi ilə Aqrar İnkişaf Könüllüləri (AİK) tərəfindən "Bir gül – bir təbəssüm” adlı sosial təşəbbüs həyata keçirilib.

Sosial təşəbbüs çərçivəsində Aqrar İnkişaf Könüllüləri (AİK) Bakı şəhərinin müxtəlif yerlərində şəhər təsərüfatında çalışan xanımlarla görüşərək onları bayram münasibətilə təbrik edib, gül dəstələri və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Aqrar İnkişaf Könüllüləri (AİK) 2018-ci ildən etibarən fəaliyyət göstərir və 2100-dən çox yerli, beynəlxalq tədbir həyata keçirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
101
1
azxeber.com

2Mənbələr