AZ

Qadınların ictimai həyatda, parlamentdə, yerli özünüidarəetmədə rolu artır - Kamaləddin Qafarov

Bakı. Trend:

“8 Mart – Beynəlxalq Qadınlar Günü Azərbaycan cəmiyyətindəsadəcə təqvim bayramı deyil. Bu bayram həm də tarixi yaddaşın,dövlətçilik ənənələrinin və müasir inkişaf strategiyasının mühümtərkib hissəsidir.”

Trend xəbər verirki, bu sözləri 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədarmətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı KamaləddinQafarov deyib.

O, bildirib ki, Azərbaycan qadınının tarixən keçdiyi yolxalqımızın tarixinin özü qədər şərəfli və zəngindir. “Hələ ən qədimdastanlarımızdan olan “Kitabi Dədə Qorqud” səhifələrində qadınobrazlarının cəsarəti, müdrikliyi və sədaqəti xüsusi yer tutur.Tarixin müxtəlif mərhələlərində Möminə Xatun, Sara Xatun, Tomriskimi lider qadınların fəaliyyəti göstərir ki, Azərbaycan qadınıyalnız ailənin deyil, həm də dövlətin dayağı olub. XX əsrinəvvəllərində isə Azərbaycan qadını Şərq dünyasında ilk dəfə siyasihüquqlar əldə edərək seçmək və seçilmək imkanı qazandı. 1918-ciildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçki hüququverməklə regionda mühüm demokratik ənənənin əsasını qoydu. Bu addımqadının cəmiyyət həyatında rolunun rəsmi şəkildə tanınması idi vəsonrakı inkişafın təməlini formalaşdırdı.”

Fikirlərini davam etdirən millət vəkili artıq müstəqillikdövründə qadın siyasətinin dövlət quruculuğu strategiyasınınayrılmaz istiqamətinə çevrildiyini qeyd edib: “Bu xəttin ideolojiəsasları Ümummilli Lider Heydər Əliyev tərəfindənmüəyyənləşdirildi. Ulu Öndərin rəhbərliyi ilə qadınların dövlətidarəçiliyində, elm və mədəniyyətdə təmsilçiliyi genişləndi,onların təşəbbüslərinə dəstək verildi. Qadına hörmət milli-mənəvidəyər kimi dövlət siyasətinin prioritetinə çevrildi. Bu gün həminsiyasi kurs Prezident İlham Əliyev tərəfindən yeni meyarlarlazənginləşdirilərək davam etdirilir. Gender bərabərliyinin təminatı,qadın hüquqlarının qorunması, onların sosial-iqtisadi fəallığınınartırılması istiqamətində qəbul olunan qanunlar və proqramlarmüasir Azərbaycanın inkişaf modelinin mühüm komponentidir.Qadınların idarəçilikdə, parlamentdə, yerli özünüidarəetmədə artanrolu bu siyasətin real nəticəsidir. Bu kontekstdə ölkənin Birincivitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi qeydolunmalıdır. Onun təşəbbüsləri Azərbaycan qadınının humanizm,mərhəmət və intellektual potensialını beynəlxalq miqyasda nümayişetdirir. Humanitar layihələr, mədəni irsin qorunması və sosialproqramlar vasitəsilə həyata keçirilən genişmiqyaslı fəaliyyətqadının cəmiyyətdə yalnız iştirakçı deyil, həm də təşəbbüskar qüvvəolduğunu təsdiqləyir. Mehriban xanım Əliyevanın timsalındaAzərbaycan qadını həm milli dəyərlərə sadiq, həm də qlobalçağırışlara açıq obrazda təqdim olunur. Beləliklə, Azərbaycanqadınının tarixi irsi ilə müasir dövlət siyasəti arasında möhkəmbir körpü formalaşıb. Keçmişin qəhrəmanlıq salnaməsi bu gün hüquqitəminat, siyasi iradə və institusional mexanizmlərlətamamlanır”.

Seçilən
80
12
az.trend.az

10Mənbələr