AZ

Almaniya klubunda istefa: Baş məşqçi qovuldu

Almaniyanın “Volfsburq” futbol klubu baş məşqçisi Daniel Bauer ilə yollarını ayırıb. Komandanın Bundesliqadakı zəif çıxışı rəhbərliyin bu kəskin qərarı verməsinə səbəb olub.

İdman.Biz klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, 43 yaşlı mütəxəssis təyinatından cəmi bir neçə ay sonra vəzifəsindən kənarlaşdırılıb. Bauer “canavarlar”ın sükanı arxasına 2025-ci ilin noyabrında keçmişdi.

İstefaya səbəb komandanın cari mövsümdə nümayiş etdirdiyi qeyri-qənaətbəxş nəticələrdir. Almaniya çempionatında geridə qalan 25 turdan sonra cəmi 20 xal toplayan “Volfsburq” turnir cədvəlinin sonuncu pillələrində - 17-ci sırada qərarlaşıb.

Qeyd edək ki, komanda növbəti matçını martın 14-də səfərdə “Hoffenhaym”a qarşı keçirəcək.

İdman.Biz
Seçilən
101
1
idman.biz

2Mənbələr