Fanat saytına istinadən ain.az xəbər verir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqeyi FİFA və Beynəlxalq Olimpiya Komitəsindən cavab tələb edib.
Fanat.Az xəbər verir ki, o, sosial media hesabında ABŞ və İsrail bombardmanları nəticəsində ciddi şəkildə zərər çəkmiş Tehran stadionunun fotolarını paylaşıb.
“Hörmətli FİFA, hörmətli BOK, bu, Tehrandakı Azadi İdman Kompleksidir. Prezidenti FİFA Sülh Mükafatını almış Amerika Birləşmiş Ştatlarının hədəfinə çevrilmiş bir futbol stadionudur.
FIFA və ya BOK-dan hər hansı bir şərh olacaqmı?!" - Baqai yazıb.
Qeyd edək ki, hücum fevralın 28-i səhər saatlarında baş verib. Eskalasiya ABŞ-ın İranın nüvə silahı əldə etməsinin qarşısını almaq istəyindən qaynaqlanır. Qarşılıqlı hücumlar davam edir.
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.