Türkiyə Futbol Federasiyasının idarə heyətinin martın 4-də keçirilən iclasında yeni qərarlar qəbul olunub.
"Football-plus.az" xəbər verir ki, bununla bağlı qurumun rəsmi saytında məlumat yerləşdirilib.
İlk öncə yeni mövsümün başlama tarixinin bəlli olduğunu bildirək. Türkiyə çempionatında 2026/27 mövsümünə 14-17 avqustda start veriləcək. 1-ci liqa isə avqustun 7-10-da başlayacaq. Mövsümlə bağlı digər tarixlər daha sonra açıqlanacaq.
Yenilik isə Türkiyə kubokunun formatı ilə bağlıdı. Bu başıbəlalı turnirin formatı əvvəlki illərdə dəfələrlə dəyişdirilib. TFF indiki - ''səbətlər'' əsasında yaradılan qrup mərhələsinin də lazımsız olduğuna qərar verib. Yəni qrup mərhələsi yığışdırılıb!
Gələn mövsümdən etibarən yalnız pley-off sistemi tətbiq olunacaq. Əvvəlcə 5 təsnifat mərhələsi olacaq. Sonra isə həmişəki qaydada 1/8, 1/4, yarımfinal və final matçları baş tutacaq. Yalnız yarımfinalda qalib ev-səfər prinsipi ilə bəlli olacaq. Ümumilikdə bu turnir üçün mövsüm ərzində 10 həftə ayrılacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta