ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin də daxil olmaqla dünya liderləri ilə danışıqlar zamanı tərcüməçilərin mühüm rolunu qeyd edib.
“Cebheinfo.az” xəbər verir ki, o, bu açıqlamanı “Amerika Qalxanı Sammiti”ndə verib:
"Tərcüməçilər çox vacibdir. Bilirsiniz, əgər pis tərcüməçiniz varsa, hər şeyin yaxşı gedib-getmədiyini düşünürsünüz. “Görəsən, həmin şəxslə əla söhbət etdim? Və ya “Bu gün Putinlə nə qədər yaxşı danışdım?” “Prezident Si Cinpinlə yaxşı danışdımmı?'".
ABŞ Prezidenti, həmçinin nüfuzlu xarici liderlə söhbət zamanı tərcüməçinin dediyi uzun cümlənin əhəmiyyətli dərəcədə qısaltdığını gördüyünə dair misal da gətirib.
Xəzər
“Cebheinfo.az”