AZ

''Fənərbaxça'' sərt üzünü öz azarkeşlərinə göstərdi

Fevralın 23-də ''Fənərbaxça''nın evdə ''Kasımpaşa''ya qarşı keçirdiyi matçın (1:1) ardından bəzi fanatlar stadionu tərk edərkən futbolçulara qarşı nalayiq ifadələr işlədiblər.

"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi həmin azarkeşlərlə bağlı sərt tədbirlər görmək qərarına gəlib. Bununla bağlı klubun rəsmi saytında məlumat yerləşdirilib.

Orda qeyd olunub ki, sözügedən matçın ardından 5 azarkeşin yüksək səslə oyunçulara qarşı çox pis söyüşlər söydükləri müəyyən edilib. Stadionun təhlükəsizlik kameraları incələnib və həmin 5 azarkeşin kimliyi müəyyənləşdirilib. Klub həmin azarkeşləri məhkəməyə verib. Ən əsası bu tur ''Samsunspor''la oyun da daxil olmaqla həmin fanatlar mövsümün qalan ev oyunlarının heç birinə buraxılmayacaq! Yəni onlara bilet satılmayacaq. Eləcə də onların arasında abunə bilet sahibi olanlar varsa, həmin biletlər klub tərəfindən ləğv ediləcək.

Açıqlamada qeyd olunub ki, klub bundan sonra da bu cür hərəkətlərə qarşı çox həssas davranacaq. Xatırladaq ki, 23-cü tur çərçivəsində keçirilən həmin oyunda ''Fənər'' xal hesabında lider ''Qalatasaray''a çatmaq fürsətini əldən verdi.

''Sarı-lacivərdlilər'' 90+5-ci dəqiqədə hesabda önə keçsələr də, azlıqda qalan və heç bir iddiası olmayan ''Kasımpaşa'' 90+11-ci dəqiqədə bərabərlik qolunu vurmaqla bütün stadionu şoka salmışdı.

Seçilən
132
football-plus.az

1Mənbələr