AZ

Şəmkirdə qəza: avtomobil qadını vuraraq öldürüb

ain.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağır xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda həyatını itirib

Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vurub.

Ağır xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
77
2
ayna.az

10Mənbələr