AZ

Qrizmann son anda fikrindən daşındı - AÇIQLANDI

"Atletiko"nun ulduz hücumçusu Antuan Qrizmann mart ayında MLS-də çıxış edən "Orlando Siti"yə keçmək təklifini rədd edərək İspaniya klubunda qalmağı seçib.

Fanat.Az xəbər verir ki, bu barədə "Tribalfootball" məlumat yayıb. 

Xəbərə görə,  Madrid nəhənginin direktoru Mateu Alemani fransız forvardın komandada qalacağını təsdiqləyib.

Qərar futbolçunun madridlilərlə Çempionlar Liqasını qazanmağa çalışmaq istəyi səbəbindən verilib. Tanınmış insayder Fabritsio Romanonun iddiasına görə, "Orlando Siti" hələ də fransız futbolçu ilə maraqlanır və iyul ayında onu azad agen transfer etməyə ümid edir.

34 yaşlı hücumçu bu mövsüm La Liqada 23 oyundan yalnız altısında start heyətində meydana çıxıb və 6 qol vurub.

Seçilən
105
1
fanat.az

2Mənbələr