Oxu.az xəbər verir ki, hərbi qurumun açıqlamasında prezidentin belə bəyanat verməklə səhv etdiyi bildirilir.
SEPAH nümayəndələri vurğulayıblar ki, dövlət başçısının sözlərindən bir neçə saat sonra Dubay və Əbu-Dabi şəhərlərindəki hədəflər zərbə altına alınıb.
"Prezident Pezeşkian qonşu ölkələrə hücumların olmayacağını bəyan edərək səhv etdi və qüvvələrimiz bunu aydın şəkildə nümayiş etdirdi. Müharibə zamanı Pezeşkianın bəyanatlarına məhəl qoymayın", - SEPAH-ın bəyanatında deyilir.
Qeyd edək ki, daha əvvəl Pezeşkian bəyan etmişdi ki, İran qonşu dövlətlərə zərbələr endirməyə niyyətli deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31