AZ

Şəhərin mərkəzində terror həyəcanı: Merin iqamətgahı qarşısında bomba atıldı

ABŞ-ın ən böyük meqapolisində təhlükəsizlik qüvvələri mümkün qanlı faciənin qarşısını alıblar.

NOCOMMENT.az xəbər verir ki, martın 7-də Nyu-York meri Zohran Mamdaninin iqamətgahı yaxınlığında baş verən toqquşmalar zamanı kustar üsulla hazırlanan partlayıcı qurğulardan istifadə etməyə çalışan iki şəxs saxlanılıb.

Hadisə Fələstin tərəfdarları ilə konservativ etirazçıların Manhettendəki aksiyası zamanı baş verib. Polisin məlumatına görə, 18 yaşlı Emir Balat ətrafı dəmir bolt, qayka və şuruplarla doldurulmuş bankanı konservativ nümayişçilərin olduğu tərəfə atıb. Şahidlər həmin şəxsin hücumdan əvvəl “Allahu Əkbər” deyə qışqırdığını bildiriblər. Futbol topundan bir qədər kiçik olan qurğu qara izolyasiya lenti ilə bükülüb və fitili yandırılmış vəziyyətdə olub. Balat ikinci bənzər qurğunu 19 yaşlı şəriki İbrahim Nikkadan almağa çalışarkən yerə salıb və hər iki şəxs dərhal hadisə yerindəcə Nyu-York polisi (NYPD) tərəfindən saxlanılıb.

Atılan ilk qurğu baryerə dəyərək söndüyü üçün partlayış baş verməyib və xəsarət alan olmayıb. Hazırda Federal Təhqiqat Bürosu (FTB) və yerli polis hadisəni terror aktına cəhd maddəsi ilə araşdırır. Qeyd edək ki, Nyu-Yorkun ilk müsəlman meri olan Zohran Mamdani 2026-cı ilin yanvarından vəzifəsinin icrasına başlayıb və hazırda şəhərdə Yaxın Şərqdəki müharibə fonunda gərginlik pik həddədir.\\Musavat.com

Seçilən
122
1
nocomment.az

2Mənbələr