AZ

Cəlal Hüseynov “Botev”ə qarşı 90 dəqiqə oynadı – ARENA.AZ

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 25-ci turu çərçivəsində “Botev”lə (Vratsa) qarşılaşıb.

“Arda” səfərdə baş tutmuş bu oyundan xalsız ayrılıb – 0:1. Hüseynov bu görüşdə 90 dəqiqə meydanda olub. O, 90+3-cü dəqiqədə sarı vərəqə də alıb.

“Arda” 25 turdan sonra 32 xalla 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. Komanda əvvəlki turlarda 8 qələbə qazanıb, 8 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, “Zirə”nin yetirməsi olan Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 73 rəsmi oyuna çıxıb, 2 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, ötən ilin yayında yenidən Bolqarıstan klubuna qayıdıb.

Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 8 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
12
5
arena.az

10Mənbələr