I Liqanın 17-ci turu növbəti hakim qalmaqalına səhnə olub.
Çempionatda qalmaq uğrunda mübarizə aparan MOİK-lə «Difai»nin qarşılaşmasına Kamranbəy Rəhimovun briqadası «damğa» vurub.
Belə ki, baş hakim və köməkçiləri «fədailər»ə qarşı tutduğu qərəzli mövqe ilə yadda qalıb. Belə ki, referi bir neçə epizodda qonaqların əleyhinə yanlış qərarlar verib.
MOİK-in futbolçuları dəfələrlə kobudluğa əl atsa da, Rəhimov onların hərəkətlərinə göz yumub. Aşağıda təqdim etdiyimiz görüntülərdə bunların hamısı öz əksini tapıb.
Kadrlardan aylın olur ki, «fit sahibləri» necə tərəfkeşlik edib. «Difai» bunun nəticəsində matçdan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.
SPORTİNFO.AZ