AZ

ABŞ İrana mümkün zərbələr üçün Britaniyaya B-1 bombardmançıları göndərib

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus dörd ədəd B-1 Lancer strateji bombardmançı təyyarəsi İngiltərənin cənub-qərbində yerləşən Feyrford aviabazasına yerləşdirilib.

APA xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Məlumata görə, bombardmançı təyyarələr İrana qarşı yeni zərbələrə hazırlıq çərçivəsində bölgəyə göndərilib. Təyyarələrdən biri martın 6-da, daha üçü isə martın 7-də Britaniyadakı bazaya çatdırılıb.

Böyük Britaniyanın Müdafiə Nazirliyi B-1 təyyarələrinin ölkə ərazisinə gəldiyini təsdiqləyib.

Nazirliyin açıqlamasında bildirilir ki, ABŞ Britaniya hərbi bazalarından İranın regionda raket buraxılışlarının qarşısını almaq məqsədilə istifadə etməyə başlayıb. Bu addımın Britaniya vətəndaşlarının təhlükəsizliyini qorumağa yönəldiyi qeyd olunub.

Məlumata görə, ABŞ yaxın günlərdə Feyrford aviabazasından döyüş uçuşlarına başlayaraq İrana qarşı zərbələr endirə bilər.

Seçilən
28
1
apa.az

2Mənbələr