AZ

Konstantin Meladze İspaniyada gənc bir qadınla görüntülənib...

Sia Az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

...Konstantin Meladze İspaniyada yaşayır. 62 yaşlı bəstəkar orada supermarketdə gənc bir qadınla birlikdə görüntülənib. Qadın ərzaq seçirdi, bəstəkar isə onları səbətə qoyurdu. Cütlüyün şəkli çəkilib və sosial mediada paylaşılıb.

SİA xəbər verir ki, thevoicemag-a görə, izləyicilər bunun bəstəkarın yeni sevgilisi, yoxsa qızlarından biri olduğu barədə ehtimallar irəli sürürlər.

Qeyd edildiyi kimi, Konstantin Meladze 2023-cü ilin payızında Vera Brejneva ilə boşandıqlarını elan etdikdən sonra subaydır.

Cütlük 2015-ci ildən evli idilər və onların münasibətləri on il əvvəl başlamışdı.

Yeri gəlmişkən Konstantin Meladze xüsusi hərbi əməliyyat başladıqdan sonra o vaxtkı həyat yoldaşı Vera Brejneva ilə birlikdə Rusiyanı tərk etdi.

2023-cü ilin fevral ayında cütlük Moskva bölgəsindəki malikanələrini satışa çıxardı və bu, boşanmaları ilə bağlı şayiələrə səbəb oldu.

...Və oktyabr ayında Brejneva Meladzedən boşandığını təsdiqlədi.

Nazlı Almuradova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
sia.az

2Mənbələr