AZ

Roma dan Barselona ya keçə bilər

Qol.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Roma"dan "Barselona"ya keçə bilər

"Barselona" müdafiə xəttini gücləndirmək niyyətindədir. Kataloniya klubu "Roma"nın mərkəz müdafiəçisi Evan Ndika ilə yaxından maraqlanır.

QOL.az xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb. Məlumata görə, "göy-qırmızılılar" artıq Roma təmsilçisinin rəhbərliyi ilə əlaqə saxlayaraq 26 yaşlı futbolçunun transfer imkanları ilə maraqlanıblar.

Qeyd edək ki, cari mövsümdə müdafiəçi "Roma"nın heyətində bütün turnirlərdə 31 matçda iştirak edib və 3 qol vurub. Ndikanın İtaliya klubu ilə hazırkı müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. "Transfermarket" portalı onun bazar dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
111
1
qol.az

2Mənbələr