AZ

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında İranın Azərbaycan və Türkiyəyə hücumlarını pisləyib

Xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak və çıxış edib.

Aznews.az xəbər verir ki, bu barədə Xarici cİşlər Nazirliyi məlumat yayıb.

Nazir Ceyhun Bayramov çıxışında, TDT-nin son illər siyasi dialoq, iqtisadi əməkdaşlıq və regional bağlantıların gücləndirilməsi istiqamətində dinamik və təsirli əməkdaşlıq platformasına çevrildiyini qeyd edib.

Artan geosiyasi gərginliklər, beynəlxalq təhlükəsizlik mühitində yaşanan qeyri-müəyyənlik və qlobal təchizat zəncirlərində baş verən pozuntular fonunda TDT çərçivəsində həmrəylik və koordinasiyanın gücləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib. Bu məqsədlə, TDT üzv dövlətləri arasında sadalanan çağırışlarla mübarizədə məlumat mübadiləsinin gücləndirilməsi, institutlararası koordinasiyanın artırılması və birgə yanaşmaların formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.

Beynəlxalq və regional təhlükəsizlik mühitinə toxunularaq, Yaxın Şərqdə baş verən son hadisələrin və hərbi eskalasiyanın ciddi narahatlıq doğurduğu diqqətə çatdırılıb.

İran İslam Respublikasının ərazisindən Türkiyə Respublikasının ərazisini hədəf alan raket hücumu və Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumlarının təhlükəli eskalasiya aktları olduğu vurğulanaraq, bu qəbildən hərəkətlər qətiyyətlə pislənilib.

Seçilən
138
3
aznews.az

9Mənbələr