AZ

ABŞ İrana qarşı əməliyyatlarda 42 İran gəmisini yox edib – Tramp

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ-ın İrana qarşı davam edən əməliyyatları çərçivəsində artıq 42 İran hərbi gəmisi məhv edilib.

“Bu möhtəşəm idi: üç gün ərzində 42 hərbi gəmiyə zərbə endirdik, onların bəziləri çox iri idi. Onların donanması artıq yoxdur. Biz onların hərbi hava qüvvələrini sıradan çıxardıq, əlaqələrini məhv etdik və bütün telekommunikasiya sistemi yox oldu”.

KONKRET.az xəbər verir ki, Tramp bildirib ki, onların necə əlaqə saxladığını bilmir. ABŞ prezidenti vurğulayıb ki, İran rəhbərliyinin işləri yaxşı getmir.

Natiq Səlim,
KONKRET.az

 

 

Seçilən
64
1
konkret.az

2Mənbələr