AZ

İranınKüveytdəkiABŞ bazasına zərbəsinin nəticələri ortaya çıxdı



İranın Küveytdə yerləşən ABŞ ordusuna məxsus Arifcan hərbi bazasına endirdiyi raket zərbələrinin nəticələri barədə yeni məlumatlar yayılıb. Məlumata görə, hücum zamanı dörd raket bazadakı dörd ayrı binanı dəqiqliklə hədəfə alıb. Zərbələr nəticəsində obyektlərdə ciddi dağıntılar meydana gəlib. Yayılan məlumatlarda bildirilir ki, hücum nəticəsində bir neçə anbar anqarı dağılıb, həmçinin bazada yerləşən 7 peyk rabitə antennasından 6-sı məhv edilib. Bu sistemlər hərbi rabitə və koordinasiya üçün istifadə olunurdu. Arifcan bazası ABŞ ordusunun Küveytdə yerləşən ən böyük logistika və dəstək mərkəzlərindən biri hesab olunur. Bazanın bölgədəki əməliyyatlarda mühüm rol oynadığı bildirilir. İRADƏ
Seçilən
68
baki-xeber.com

1Mənbələr