AZ

ABŞ kəşfiyyatından İranla bağlı SENSASİON HESABAT: Rejim dəyişikliyi...

ABŞ kəşfiyyatı hesab edir ki, Vaşinqtonun İrana qarşı hərbi əməliyyatı, qısa və ya uzunmüddətli olmasından asılı olmayaraq ölkədə hakimiyyət dəyişikliyinə gətirib çıxarmaya bilər.

Musavat.com xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti 3 mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, müvafiq hesabat ABŞ və İsrailin əməliyyata başlamasından təxminən bir həftə əvvəl hazırlanıb.

Sənəddə hazırkı hakimiyyətin devrilməsi və müxalifətin hakimiyyəti ələ keçirməsi perspektivi “az ehtimal” kimi qiymətləndirilib.

Hesabatda İran rəhbərliyinə qarşı yönəlmiş kampaniya nəticəsində hakimiyyətin ötürülməsi ssenariləri, həmçinin İslam Respublikasının rəhbərliyi və dövlət institutlarına qarşı “daha genişmiqyaslı hücum” ehtimalları təsvir edilib. Mənbələrin sözlərinə görə, hər iki halda kəşfiyyat belə qənaətə gəlib ki, ölkənin ali rəhbəri olan ayətullah Əli Xamenei öldürülsə belə, İran rəhbərliyi hakimiyyətin davamlılığını təmin etmək üçün nəzərdə tutulmuş protokollara uyğun hərəkət edəcək.

Nəşr qeyd edir ki, kəşfiyyatın bu “soyuqqanlı” qiymətləndirməsi ABŞ prezidenti Donald Tramp administrasiyasının Yaxın Şərqdə hərbi əməliyyatın uzana biləcəyini istisna etmədiyi bir vaxtda ortaya çıxıb.

Eyni zamanda məqalədə bildirilir ki, hesabatda ABŞ-nin İranda quru əməliyyatı keçirməsi və kürdlərin silahlandırılaraq üsyana qaldırılması kimi ssenarilər, görünür, nəzərdən keçirilməyib. Həmçinin sənəddə nəzərdə tutulan genişmiqyaslı hərbi kampaniyanın ABŞ-nin fevralın 28-də başladığı əməliyyatla üst-üstə düşüb-düşmədiyi də aydın deyil.

Musavat.com

Seçilən
85
musavat.com

1Mənbələr