Olaylar.az xarici KİV-ə istinadla xəbər verir ki, hazırda keçmiş York hersoqu titulundan məhrum edilən Endryu hələ də Böyük Britaniya taxtına varislik siyahısında səkkizinci yerdə qalır.
Endryu ötən ilin oktyabrında amerikalı maliyyəçi və pedofiliya qalmaqalında adı hallanan Ceffri Epşteyn ilə əlaqələrinə görə ictimai təzyiqlərdən sonra rəsmi titullarından məhrum edilib. Keçən ay isə o, Epşteynə məxfi məlumatlar ötürməkdə ittiham olunaraq dövlət vəzifəsində qeyri-qanuni davranış şübhəsi ilə saxlanılıb.
Mark Karni bildirib ki, şahzadə Endryunun qəbuledilməz hərəkətləri onun taxt-tac varisliyi siyahısından çıxarılmasını zəruri edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31