ABŞ yaxın gələcəkdə Hərbi Dəniz Qüvvələrinin müşayiəti ilə Hörmüz boğazında gəmilərin keçidini təmin etməyə başlaya bilər.
Publika.az xəbər verir ki, bu barədə "Fox Business" telekanalına müsahibəsində ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib.
"Hesab edirəm ki, bu, bir və ya iki həftəlik məsələdir, lakin biz artıq problemin həlli yolundayıq", - deyə o qeyd edib.
Bessent əlavə edib ki, hakimiyyət orqanları ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının qiymətləndirmələrinə əsaslanacaqlar.