AZ

Rusiyada yeniyetmə bankda yanğın törətdi FOTO

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiyada 16 yaşlı oğlan Moskva vilayətinin Putilkovo ərazisində yerləşən bank filialında yanğın törədib. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə regional prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Oğlanın kuratorların göstərişi ilə hərəkət etdiyi bildirilir.

"Krasnoqorsk Şəhər Prokurorluğu Putilkovo qəsəbəsindəki bank filialında baş verən insidentin araşdırılması ilə bağlı istintaqı nəzarətə götürüb. İlkin məlumatlara görə, 16 yaşlı gənc naməlum şəxslərin telefon təlimatlarına əməl edərək, bank şöbəsinə bir kanistr tezalışan maye keçirib və onu ətrafa səpərək yandırıb", - deyə məlumatda bildirilib.

Hadisə nəticəsində xəsarət alanların olmadığı qeyd edilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
88
3
oxu.az

4Mənbələr