AZ

Klub sahibi Messinin illik qazancını açıqladı

Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Klub sahibi Messinin illik qazancını açıqladı

ABŞ-ın “İnter Mayami” klubunun sahiblərindən olan Jorge Mas argentinalı hücumçu Lionel Messinin illik qazancını açıqlayıb.

QOL.az bu barədə “Bloomberg”ə istinadən məlumat yayır.

O bildirib ki, dünya səviyyəli sponsorların kluba cəlb etmək istəmələrinin əsas səbəblərindən biri futbolçuların yüksək maaş almasıdır:

“Futbolçular bahadır. Mən Messiyə maaş verirəm və o, hər qəpiyinə dəyər. Bu məbləğ ildə 70–80 milyon dollar civarındadır”.

Bununla belə, klub sahibi Messinin müqaviləsinin detalları və ödəniş strukturuna dair əlavə məlumat verməyib.

Qeyd edək ki, 38 yaşlı Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də oynayır.

Посмотреть эту публикацию в Instagram

Публикация от Qol.az (@qolaz)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
84
2
qol.az

3Mənbələr