İspaniya millisinin və “Barselona”nın 19 yaşlı mərkəz müdafiəçisi Pau Kubarsi futbolla bağlı arzusunu açıqlayıb.
Arena.az gənc müdafiəçinin müvafiq fikirini təqdim edir:
“Barselona” azarkeşi üçün ixtiyari qənimətin qazanılması inanılmazdır, amma Çempionlar Liqasında qalibiyyət – bu, xüsusi arzudur. Biz müvafiq qalibiyyət uğrunda mübarizə aparacaq və ona müvəffəq olmağa çalışacağıq”, deyə Kubarsi vurğulayıb.
Xatırladaq ki, Pau Kubarsi futbola “Jirona”da qədəm qoyub. İspan müdafiəçi buradan 2018-ci ildə “Barselona”nın akademiyasına yol tapıb və böyük futbolda debüt edib. Kubarsinin Kataloniya klubu ilə müqaviləsinin müddəti 2029-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Kubarsi cari mövsümdə “blauqrana”nın heyətində 35 oyuna çıxıb, 1 qola imza atıb. Gənc müdafiəçinin “Barselona” karyerası ümumilikdə 115 oyun, 2 qol və 5 məhsuldar ötürmədən ibarətdir.
Pau Kubarsi 2024-cü ilin mart ayında debüt etdiyi İspaniya yığmasının heyətində 10 oyun keçirib, 1 məhsudlar ötürmə verib.
Kubarsinin qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya Super Kuboku (2024/2025), İspaniya çempionluğu (2024/2025), İspaniyanın U-17 yığması ilə qazandığı 2023-cü il Alqarve beynəlxalq turnirinin kuboku, 2024-cü il Olimpiya futbol turnirinin qızıl medalı var.
“Transfermarkt” internet-portalı 19 yaşlı ispan mərkəz müdafiəçinin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.
