ain.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
PSJ Fransa çempionatının 25-ci turunda öz meydanında "Monako"ya 1:3 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, Paris təmsilçisinin baş məşqçisi Luis Enrike matçdan sonra açıqlama verib. İspaniyalı mütəxəssis
“Komandada problemlər yarananda ilk növbədə tarazlığı pozan amil psixologiya olur. Bu, tamamilə normal haldır. Həm futbolçu, həm də məşqçi karyeramda çoxlu məğlubiyyətlər yaşamışam. Bu, qəribə və xoş olmayan hissdir. Amma cəmi bir oyundur. Həmişə niyə uduzduğunu, niyə xal itirdiyini anlamağa çalışırsan. Özünəinam supermarketdən alına bilən bir şey deyil. O, gündən-günə formalaşır.
Hazırda çətinliklər yaşayırıq. Lakin qarşıdakı oyunlarda vəziyyətin dəyişəcəyinə ümid etməliyik. Məhz buna görə turnirlər bir-birindən fərqlənir. Komandaya olan inamımı itirmək istəmirəm. "Monako" ilə oyunun sonunda yaxşı mentalitet nümayiş etdirdik. Amma bu nəticə UEFA Çempionlar Liqası matçı öncəsi, əlbəttə ki, yaxşı deyil. Düzgün reaksiya verməyə çalışacağıq”.
saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.