AZ

İspaniya İrandakı vətəndaşlarına çağırış etdi

İspaniya vətəndaşlarını İraqın Kürdüstan bölgəsini təcili tərk etməyə çağırıb.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə İspaniyanın İraqdakı səfirliyinin “X” hesabında bildirilib.

Səfirlik vətəndaşlarına quru yolu ilə Türkiyə və İordaniya vasitəsilə bölgəni tərk etməyi tövsiyə edib.

“Xüsusilə hücumlar Kürdüstan bölgəsində davam edir. Hərbi obyektlərdən, enerji qurğularından və otellərdən uzaq durun. Hava məkanı hələ də bağlıdır. Türkiyə və İordaniya vasitəsilə ərazidən çıxış tövsiyə olunur”, - müraciətdə deyilir.

"Cebheinfo.az"

Seçilən
80
2
cebheinfo.az

3Mənbələr