Nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayında ötən illərlə müqayisədə artım qeydə alınıb.
Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 8 Mart münasibətilə açıqladığı statistik göstəricilərində öz əksini tapıb.
Məlumata görə, sürücülük vəsiqəsi alanlar arasında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz idisə, 2025-ci ildə bu göstərici 18,8 faizə çatıb.