ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
"Benfika"nın 17 yaşlı sağ cinah müdafiəçisi Daniel Banjaki 3 İngiltərə nəhənginin transfer siyahısındadır.
Fanat.Az xəbər verir ki, informasiyanı "TEAMtalk" yayıb.
Məlumata görə, "Bayern Münhen"lə "Barselona"nın da istədiyi gənc istedadı "Arsenal", "Mançester Yunayted" və "Liverpul" da rənglərinə bağlamağı planlaşdırırlar. Mənbə "Barsa" və "Bayern"in artıq bu yöndə danışıqlara başladıqlarını, Britaniya təmsilçilərinin isə indilik gözləmə mövqeyində olduğunu vurğulayıb.
Banjaki "Benfika"nın əsas komandasında yanvarda debüt edib. O, Lissabon təmsilçisinin heyətində artıq 3 matça çıxmağa imkan tapıb. Arxa xətt oyunçusunun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 1 milyon avro ilə dəyərləndirir.
Toğrul
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.