AZ

Dünyanın ən bərk materialını hazırlayıblar

Reyting.az saytından alınan məlumata görə, ain.az bildirir.

Çinli alimlər ən sərt material adlandırdıqları lonsdeylit tərkibi olan heksaqonal almazını laboratoriyada sintez ediblər. Tədqiqatçılar bildiriblər ki, qrafiti 20 giqapaskal təzyiqdə, həmçinin 1900°C temperatur altında emal etməklə, adi almaz daşından da daha sərt kristallar əldə olunub.

Reyting.az xəbər verir ki, "Nature" nəşrində dərc edilən məqaləyə görə, yeni material təkcə sərt yox, həmçinin oksidləşməyə qarşı çox davamlıdır. Bu isə onun yüksək temperatur, eləcə də aqressiv mühitlərdə işləyən kəsici alətlər, istilik idarəetmə materialları, kvant sensorları kimi sahələrdə tətbiq edilməsinə geniş imkanlar yarada bilər.

Mütəxəssislər iddia edirlər ki, bu, dünyada ən bərk və dözümlü materialdır.

Oqtay QORÇU

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
reyting.az

1Mənbələr