ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.
Bu barədə The Emirates Group şirkətinin törəmə qurumunun mətbuat xidməti məlumat yayıb. Sərnişinlərdən təhlükəsizlik səbəbilə hava limanına gəlməmələri xahiş olunub. Məlumatda bildirilir ki, hava məkanının fəaliyyətinin məhdud şəkildə bərpası ilə əlaqədar olaraq belə bir qərar verilib. Bundan əvvəl xəbər verilmişdi ki, Emirates bir neçə gün ərzində marşrut şəbəkəsini tam bərpa etməyi planlaşdırır. Martın 7-dək aviaşirkət 83 istiqamət üzrə gündəlik 106 reys həyata keçirməyi nəzərdə tuturdu ki, bu da adi daşımaların təxminən 60 faizini təşkil edəcəkdi. Röya Əliyeva
AzVision.az Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.