AZ

Pişik paraziti şizofreniyaya səbəb ola bilər


Kopenhagen Universiteti Xəstəxanasının danimarkalı tədqiqatçıları tərəfindən aparılan bir araşdırma, pişiklərin və digər məməlilərin paraziti olan Toxoplasma gondii-nin insanlarda şizofreniyaya səbəb ola biləcəyini göstərdi.



Medicina.az xəbər verir ki, pişiklərdə tez-tez rast gəlinən parazit, bədənin sinir və əzələ toxumalarına nüfuz edərək, zəifləmiş immunitet sistemi olan insanlarda çox təhlükəli olan toksoplazmoz adlı bir xəstəliyə səbəb ola bilər. Parazitin yoluxmuş insanlarda risk götürmə davranışını və narahatlığı artırdığına inanmaq üçün əsas var. Yeni bir araşdırma, pişik paraziti ilə şizofreniya inkişaf riskinin artması arasında əlaqə tapdılar.

Toksoplazmozun şizofreniyaya səbəb ola biləcəyi qənaətinə gəlməzdən əvvəl, alimlər 100.000-dən çox insanı əhatə edən bir kohort tədqiqatı olan Danimarka Qan Donoru Tədqiqatının məlumatlarını təhlil etdilər.

Tədqiqatçılar 80.000 təsadüfi nümunədən 2500 ruhi pozğunluqlu insanı seçərək, onların toksoplazma, sitomeqalovirus və herpes simplex virusu ilə əlaqəli qan biomarkerlərini təhlil etdilər. Məlum oldu ki, adi pişik paraziti ilə yoluxmuş insanlarda şizofreniya inkişaf riski daha yüksəkdir.

Tədqiqatın müəllifləri bildiriblər ki, Toxoplasma gondii daşıyıcılarında şizofreniya inkişaf riski infeksiyası olmayanlara nisbətən təxminən 50 faiz yüksəkdir.

Aygün Musayeva


Seçilən
18
1
medicina.az

2Mənbələr